Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ispaniyalı müdafiəçi Serxio Ramosa məxsus rekordu (131 qələbə) yeniləyib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz bunu UEFA Millətlər Liqasında Polşa ilə oyunda iki qol vurmaqla gerçəkləşdirib.
Bu, yoldaşlıq matçları da daxil olmaqla Ronaldunun yığma karyerasında 132-ci qələbəsi olub.
Qeyd edək ki, A Liqasının birinci qrupunda baş tutan Portuqaliya - Polşa matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Portuqaliya millisi A qrupunda 13 xalla birincidir.