Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda bu gün İrlandiya ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq oyunu serbiyalı baş hakim idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi
VII qrup
16 noyabr
14:00. İrlandiya - Azərbaycan 1:0 (1-ci hissə)
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Kişinyov, "Zimbru-2" stadionu.