AZ

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard391,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 4,4 faiz az investisiya yönəldilib.

Trend Dövlət StatistikaKomitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, neft-qazsektoruna yönəldilmiş investisiyaların həcmi 9,1 faiz, qeyrineft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2 faizazalıb.

İstifadə olunmuş investisiyanın 7 milyard 308,6 milyon manatı vəya 50,8 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 162,4 milyonmanatı (35,9 faizi) xidmət sahələrinə, 1 milyard 920,1 milyonmanatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərfolunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 943,1milyon manatını və ya 83 faizini daxili investisiyalar təşkil edib.Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 409,9 milyonmanatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərininyerinə yetirilməsinə sərf olunub.

Seçilən
43
7
az.trend.az

10Mənbələr