AZ

Bu il pərakəndə ticarət şəbəksində 48,2 mlrd. manatlıq mal satılıb

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılmış malların dəyəri 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,7 faiz artaraq 48,2 milyard manata bərabər olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Onun 48,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,7 faiz artaraq 22913,9 milyon manata bərabər olubr. Dövriyyənin 26,1 faizi ərzaq məhsullarının, 9,7 faizi içkilər və tütün məmulatlarının, 12,9 faizi bərk və maye yanacaqların, 5,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 4,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 3,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,9 faizi elektrik malları və mebellərin, 35,7 faizi isə digər qeyri-ərzaq mallarının topdan satışı sayəsində formalaşıb. 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin 58,4 faizi Bakı şəhərinin (2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz çox), 5,7 faizi Abşeron-Xızı (2,5 faiz çox), 4,7 faizi Mərkəzi Aran (0,2 faiz çox), 4,3 faizi Lənkəran-Astara (1,3 faiz çox), 4,2 faizi Gəncə-Daşkəsən (1,0 faiz çox), 3,8 faizi Qazax-Tovuz (1,4 faiz çox), hər biri 3,2 faiz olmaqla Quba-Xaçmaz (0,2 faiz çox) və Şirvan-Salyan (0,3 faiz çox), 3,1 faizi Şəki-Zaqatala (0,6 faiz çox), 2,7 faizi Qarabağ (7,2 faiz çox), 2,5 faizi Mil-Muğan (2,6 faiz çox) iqtisadi rayonlarının, 2,1 faizi Naxçıvan Muxtar Respublikasının (1,1 faiz çox), 1,7 faizi Dağlıq Şirvan (1,1 faiz çox), 0,4 faizi isə Şərqi Zəngəzur (4,4 faiz çox) iqtisadi rayonlarının təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.

2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin 0,22 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsi real ifadədə 7,9 faiz artaraq 106,1 milyon manat təşkil edib.

Seçilən
26
50
fed.az

10Mənbələr