AZ

Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşdü

11-22 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif tədbir və təqdimatlarla davam edir, ikitərəfli görüşlər təşkil olunur, müzakirələr aparılır.

Publika.az xəbər verir ki, sessiya çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Francesca Maria Gujral arasında ikitərəfli görüş keçirilib.

Qonağı salamlayan nazir COP29 tədbirində iştirak etdiyinə görə təşəkkürünü bildirib.

Qeyd edib ki, Azərbaycan dövləti mədəni irsin qorunmasını və bərpasını daim diqqətdə saxlayır.

Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin, həmçinin qorunmasında uğurla iştirak edib. Azərbaycan Parisdəki Luvr Muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb.

Nazir qonağa 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində tarixi-mədəni irsimizə qarşı həyata keçirilən vandalizm və talan haqqında da məlumat verib. Deyib ki, hazırda dövlətimiz tərəfindən dağıdılıb talan olunmuş abidələrin bərpası istiqamətində sistemli iş aparılır.

Seçilən
7
4
publika.az

5Mənbələr