BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə birləşdirəcəklər: "O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımların çatdırılmasını təmin etməyə çalacaqlar.