"Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Ölkəmizin COP29 tədbirinə ev sahibliyini yüksək səviyyədə təşkil etməsi, respublikamızın iqlim dəyişikliyinə necə həssas yanaşdığını əyani şəkildə nümayiş etdirir. O cümlədən Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxşı anlayır və onlara dəstək verməyə hazırdır. Həmin ölkələri təhdid edən məsələlərlə bağlı COP29 çərçivəsində də geniş müzakirələr aparılmaqdadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31