AZ

Tbilisidə etirazçılar saxlanılıb

Hüquq-mühafizə orqanları Tbilisidə Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında yolu bağlamağa cəhd edən bir neçə etirazçını saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, Mitinq MSK-nın binası yaxınlığında, Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun protokolunu qəbul edərkən baş verib.

Protokol qəbul edildikdən bir müddət sonra etirazçılar qonşu Ağmaşenebeli xiyabanına keçərək yolu bağlamağa çalışıblar.

Təhlükəsizlik qüvvələri etirazçılar oradan uzaqlaşdırılıb, müqavimət göstərən bir neçə nəfər saxlanılıb.

Seçilən
20
nocomment.az

1Mənbələr