AZ

Ermənipərəst konqresmen Frenk Palloun COP29 üçün Bakıya gəlib

Şiff və Menendezin dostu, ermənipərəst lobbiçi Frenk Palloun COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.

"Mən Amerikanın hələ də bu mübarizədə olduğunu və müttəfiqlərimiz qarşısında öhdəliklərimizdən əl çəkməyəcəyimizi nümayiş etdirmək üçün COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm".Bu haqda 16 noyabr səhər tezdən konqresmen Frenk Palloun “X” hesabında yazıb. Konqresmen Frenk Palloun ABŞ-ın ən fəal ermənipərəst siyasətçilərindən biridir.

Bu gün günorta o, Bakıya gəlib və COP 29-da Amerika nümayəndə heyətinə qatılıb.

Enerji və Ticarət Komitəsinin üzvü kiçik Frenk Palloun (D-NJ) daha əvvəl prezident Trampın ABŞ-ı Paris İqlim Sazişindən bir daha geri çəkmək planlarını pislədiyini bildirib.

Eyni zamanda Palloun jurnalistlərin suallarına məhəl qoymayıb.

Almaz Həsənli

Seçilən
5
1
oxumeni.az

4Mənbələr