AZ

İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur - Muxtar Babayev

İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İtki və Zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi mövzusunda planer sessiyasında deyib.

O qeyd edib ki, ekstremal hava daha çox yayılmağa və daha sərtləşməyə başlayıb. Artan təbii fəlakətlər insanları evlərindən didərgin salır və ekosistemləri günü-gündən zədələyir: “Bu il Pakistan, Tonqa, Efiopiya, Konqo, Karib hövzəsində iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən icmalarla görüşlərdə, digər ölkələrə etdiyimiz səfərlərdə bunun şahidi olduq. Buna görə də bu, COP29-da əsas prioritet olub. Santyaqo Şəbəkəsi itki, zərər və davamlılıq üzrə bilik boşluqlarını doldurmağa kömək edir. Bu il COP29 Prezidentliyi Santyaqo Şəbəkəsinin işə başlamasına kömək etmək üçün çalışdı. COP29-da itki və zərərlə bağlı mühüm irəliləyiş əldə etmişik. Bugünkü tədbir irəliləmək üçün daha bir şansdır”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
1
5
teleqraf.com

7Mənbələr