AZ

Bu məşqçi Premyer Liqa klubundan göndərildi

Premyer Liqanın son 6 turunda qələbə qazana bilməyən «Sabah»da islahatlara start verilib.
 
Masazır klubu Krunoslav Renduliçin köməkçilərindən biriylə artıq yolları ayırıb.
 
Bir neçə ildir burada çalışan, əvvəlki məşqçilərin də korpusunda yer almış Vitali Kovalyov «bayquşlar»ın düşərgəsini tərk edib.
 
Renduliçin də taleyi tükdən asılıdır. Bu müddətdə 2 məğlubiyyətlə üzləşən və 4 heç-heçə edən «bayquşlar» tezliklə baş məşqçisi ilə vidalaşa bilər.
 
Hər halda klub rəhbərliyi xorvatiyalı mütəxəssisin fəaliyyətindən kəskin narazıdır. Onunla bu məqsədlə görüş keçirilib, qeydə alınan nəticələrdən narahatlıq ifadə olunub.
 
Balkanlı çalışdırıcı səbəb kimi bəxtsizliyi və zəddəli futbolçuların çoxluğunu göstərib, fəqət, onun söylədikləri rəsmiləri qane etməyib.
 
Qarşıdakı 2 tiur bu mənada Renduliç üçün həlledicidir. Əgər o, komandanı düşdüyü vəziyyətdən çıxarmasa, müqaviləsinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq.
 
Masazır təmsilçisi 13 tura 18 xal toplayıb. Mövsümün arxada qalan bölümündə yalnız 4 qələbə qazana bilməyən «bayquşlar» 18 xalla turnir cədvəlinin 5-ci pilləsində özünə yer edib. (sportinfo.az)
 
Seçilən
8
3
moderator.az

6Mənbələr