AZ

Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5.814 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə "Operativ Media"ya Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onların 5.568-i fiziki şəxslər, 246-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb.

Bu ilin 10 ayı ərzində kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Seçilən
15
3
operativmedia.az

4Mənbələr