AZ

İnkişaf banklarının idarəçiliyini təkmilləşdirmək üçün sərmayə lazımdır - BMT-nin xüsusi nümayəndəsi

Bakı. Trend:

Milli və beynəlxalq inkişaf banklarının idarəçiliyinitəkmilləşdirmək üçün investisiya lazımdır.

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarasıİttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşüzamanı keçirilən “İqlim maliyyəsinin qlobal arxitekturasınıntəhlili: resursların səfərbər edilməsi və iqlim fondlarına çıxışınsadələşdirilməsi” sessiyasında BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030Gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi MahmoudMohieldin deyib.

"Ehtiyacı olan ölkələrdə alıcılara vəsaitlərin qəbulu prosesininhəddən artıq uzun sürməsi faktını məlumatlar da təsdiq edir: bəziçoxtərəfli maliyyə institutlarında bu proses 30 aydan, yəni ikiildən çox vaxt aparır.

Dünya Bankının prezidenti keçən il Mərakeşdə keçirdiyi illiktoplantılarda cəsarət nümayiş etdirərək demişdi ki, əksər hallardabir dolların qurumu tərk edib hədəfinə çatması üçün 27 aydan çoxvaxt lazımdır. Bu, idarəetmənin təkmilləşdirilməsinə və maliyyəaxınlarını daha effektiv şəkildə istiqamətləndirmək üçün milli vəbeynəlxalq inkişaf banklarının potensialının gücləndirilməsinəinvestisiya ehtiyacını vurğulayır", - o bildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Seçilən
49
az.trend.az

1Mənbələr