Demokrat.az bu barədə Melikovun mətbuat xidmətinə istinadən xəbər verir.
“Melikov ölkə hökumətinə regionun xüsusiyyətlərinin nəzərə alınması və respublikanın elektrik şəbəkəsində vəziyyət yaxşılaşana qədər Dağıstanda mədən işlərinin qadağan edilməsi tələbi ilə müraciət imzalayıb”, - deyə press-relizdə deyilir.
Bildirilir ki, son üç ildə ölkədə elektrik enerjisi istehlakı 26 faiz, son bir ildə isə 8 faiz artıb və bütün bunlar elektrik şəbəkələrinin müstəsna dərəcədə köhnəlməsi fonunda enerji obyektlərində tez-tez texnoloji nasazlıqlara səbəb olur.
2023-cü ildə Melikov Rusiya prezidenti Vladimir Putinə regionun elektrik şəbəkələrinin “ağılagəlməz” şəkildə pisləşməsi barədə məlumat verib. Problem 2024-cü ildə də aktual olaraq qalır.
Əfsanə Kamal
Demokrat.az