AZ

“Azər-Türk Bank”ın vəzifəli şəxsi cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsini 2 000 manat məbləğində cərimə edib.

Qaynarinfo bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

Seçilən
1
39
qaynarinfo.az

10Mənbələr