AZ

Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ

"COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşünün yekunlarına əsasən, "İqlim dəyişikliyi üçün mədəniyyət" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib".

Sitat.info xəbır verir ki, bu fikirləri Oxu.az-a  açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O bildirib ki, COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşünün yekunlarına uyğun olaraq, iki qərar qəbul edilib:

"Bunlardan biri "Dostlar Qrupu" təşəbbüsünə başlanılması, digəri isə "İqlim dəyişikliyi üçün mədəniyyət" platformasının yaradılmasıdır. Əvvəlki COP-da "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti yox idi. Artıq bu təşəbbüs qrupunun geniş fəaliyyəti üçün hüquqi çərçivə təsdiq olunub. Nüfuzlu beynəlxalq təşkilatlar da "Dostar Qrupu"na öz dəstəklərini ifadə etdilər".

Seçilən
35
sitat.info

1Mənbələr