AZ

Nüvə energetikası enerji müstəqilliyinin açarıdır - Konqresmen

Bakı. Trend:

Nüvə Yanacağı Təhlükəsizliyi Qanunu vasitəsilə nüvəenergetikasının potensialının möhkəmləndirilməsi xüsusi önəmdaşıyır.

Trend xəbərverir ki, bunu ABŞ konqresmeni Avqust Flüger COP29 çərçivəsindəkeçirilən mətbuat konfransı zamanı deyib.

"Keçən həftə amerikalıların böyük əksəriyyəti Prezident DonaldTrampın enerji dominantlığını bərpa etmək vədini dəstəklədi", -deyən Flüger energetikanın genişlənməsinin yeni dövrünə inamınıqeyd edib.

O əlavə edib ki, qlobal enerji ehtiyacları artmaqda davam edəcəkvə Birləşmiş Ştatlar emissiyaları azaltmaqla və iqtisadi artımıtəşviq etməklə yanaşı, onları qarşılamağa hazırdır.

Konqresmen ABŞ-nin ekoloji sahədə mühüm nailiyyətlərini qeydedib.

Onun sözlərinə görə, ölkənin enerji sektorundan karbon qazıemissiyaları 2007-ci ildən 14,5 faiz, elektrik enerjisi sektorundanisə 28 faizdən çox azalıb. Üstəlik, 1970-ci ildən bəri havadakızərərli çirkləndiricilərin miqdarı, demək olar ki, 80 faizazalıb.

“Bu nailiyyətlər onu göstərir ki, ətraf mühitin mühafizəsiiqtisadi tərəqqi ilə paralel gedə bilər", - o bildirib.

Flüger xüsusi olaraq Nüvə Yanacağı Təhlükəsizliyi Qanununadiqqət yetirib.

Onun sözlərinə görə, bu qanun ölkə daxilində uran istehsalınıgücləndirəcək, xarici təchizatçılardan asılılığı azaldacaq vəölkənin karbon emissiyasız elektrik enerjisi tələbatınınəhəmiyyətli bir hissəsini təmin edəcək.

"Bu iki partiyanın birgə səyləri bizim enerji müstəqilliyimizüçün həlledici əhəmiyyət daşıyır", — deyə o vurğulayıb.

Seçilən
13
1
az.trend.az

2Mənbələr