AZ

İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Azərbaycan Prezidentini təbrik edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident İlham Əliyev.
Yenidən gözəl Azərbaycana və gözəl Bakı şəhərinə gəlmək mənim üçün böyük şərəfdir. İkinci səfərim zamanı mənə göstərdiyiniz sevgi və səmimiyyətə görə minnətdaram.
Azərbaycan COP-un ən mühüm sammitlərindən birinə ev sahibliyi edir. Planetimizin torpaqlarının qlobal səviyyədə dəhşətli çirklənməsinə səbəb olan böhranla üz-üzə olduğu bir dövrdə yaşıl dünya naminə həmrəylik böyük əhəmiyyət daşıyır və aktualdır. Torpaqların sağlamlaşdırılmasının təcili diqqətə ehtiyacı olduğuna dair dünya dövlətləri arasında geniş konsensusu nəzərə alaraq Azərbaycanın bu gün torpağın sağlamlaşdırılması və münbitliyinin bərpası istiqamətində regionda liderlik etmək, torpağın qida, su təhlükəsizliyinə və biomüxtəlifliyə, iqtisadiyyata və ekologiyaya təsirini nümayiş etdirmək imkanı var.
"Save Soil" hərəkatı inkişaf edən və zəngin nemətlərə malik planetin bərpasına dərindən sadiqliyini bildirir. Biz daha yaşıl və daha sağlam planetə kollektiv baxışımızı nümayiş etdirmək məqsədilə ölkənizin torpağın yenidən sağlamlaşdırılmasında bütün Mərkəzi Asiya regionunda lider rolunu oynaması üçün hər cür lazımi dəstəyi təklif edəcəyik.
Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinizə, o cümlədən səmimi və yüksəksəviyyəli qonaqpərvərliyə görə Sizi və Azərbaycan xalqını təbrik edir, minnətdarlığımızı bildiririk".
Seçilən
83
50
oxu.az

10Mənbələr