AZ

İsveçrənin yaşıl iqtisadiyyatının Qarabağda tətbiqi barədə məqalə “Emerald”da nəşr olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, gənc siyasi-alim Nərgiz Hacıyevanın həmmüəllifi olduqları “İsveçrənin Yaşıl İqtisadiyyat Siyasətinin Azərbaycanının Qarabağ Regionunda Tətbiqi: Bir Baxış və Qiymətləndirmə” adlı məqalə SCOPUS indeksli nüfuzlu nəşriyyat olan “Emerald”ın “Green Management: A New Paradigm in the World of Business” adlı kitabının 7-ci fəslində dərc olunub.

Məqalədə İsveçrənin yaşıl iqtisadiyyat siyasətinin Qarabağda tətbiqolunma imkanları və faydalılığı qiymətləndirilib. Həmçinin İsveçrənin innovasiya potensialı və Azərbaycanın bərpa olunan enerji sahəsindəki inkişafı nəzərdən keçirilərək, bu siyasətin Qarabağda tətbiqi nəticəsində əldə olunacaq müsbət təsirlər müəyyənləşdirilib.

Kitabı Emerald, eləcə də Google, Amazon, Barnes & Noble, Thrifts Book kimi beynəlxalq kitab mağazalarından onlayn əldə etmək olar.

Seçilən
31
5
musavat.com

5Mənbələr