Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus İsrailin Livanın Baalbek yaxınlığındakı hücumunda 12 tibb işçisinin öldürülməsini pisləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.
Məlumatda deyilir ki, T.A.Ghebreyesus açıqlamasında, "Baalbek rayonunun Doures kəndində Livanın Mülki Müdafiə mərkəzinə təşkil edilən və ən azı 12 tibb işçisinin həyatını itirdiyi hücumdan dərin kədərləndik. Hücum nəticəsində mərkəzə böyük ziyan dəyib. Səhiyyə xidmətlərinə hücumlar münaqişələrin yeni normal halına çevrilməkdədir. Buna bir son verilməlidir” deyə vurğulayıb.