Noyabrın 16-da COP29 çərçivəsində Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə "Karbon tutulması: daha təmiz gələcək" mövzusunda müzakirələr keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən “ClearPath Vaşinqton”un baş direktoru Ceremi Harrell təmiz enerji və iqlim haqqında danışıb, ABŞ-ın iqlim tədbirlərinin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.
Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini verib, eyni zamanda, Azərbaycanın COP-a sədrliyini çox yüksək qiymətləndiriblər.
Tədbirdə, həmçinin enerji mənbələri, nüvə, elektrik avadanlıqlarının getdikcə daha mühüm rol oynayacağı barədə müzakirələr aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta