AZ

Ali Məclisin payız sessiyasının iclası

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi payız sessiyasının 4-cü iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi müzakirəsi oldunub.

Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məsələ barədə məlumat verib. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası üzvlüyünə Bağırov Orxan Rza oğlunun, Əliyev Asim Yediyar oğlunun, Heydərli Elşən Sadıq oğlunun Həsənli Çingiz Namizəd oğlunun, Orucəliyev Ramil Əli oğlunun, Rüstəmova Məlahət Oruc qızının və Yaqubov Nicat Əsgər oğlunun namizədliklərini təklif edib.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev namizədlər barədə məlumat verərək onların ictimai fəaliyyətini yüksək qiymətləndirib. Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Ramil Orucəliyev komissiyyanın yeni tərkibinə etimad göstərdiklərinə görə Ali Məclisin üzvlərinə minnətdarlığını bildirib, komissiyanın bundan sonrakı fəaliyyətində də seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini  tyəmin edəcəyini söyləyib.  

XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr