"COP29-un Azərbaycanda keçirilməsi qürurvericidir".
Publika.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim "Qarabağ" futbol klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında yer alacaq komandalarla təşkil olunmuş görüşdə deyib.
"Bakıda olmaqdan duyduğum məmnunluğu ifadə etməklə başlamaq istəyirəm. COP29-un Azərbaycanda keçirilməsi və dünyanın ən böyük təşkilatlarından birinə Bakının ev sahibliyi etməsi, həqiqətən, mənim üçün və hər kəs üçün qürurvericidir. Görürəm ki, şəhərin hər tərəfində bu tədbiri ən yüksək səviyyədə keçirmək üçün çox gözəl ab-hava yaradılıb. Bu uğurda əməyi olan hər kəsi təbrik etmək istəyirəm".
O, "Qarabağ" FK-ya xüsusi dəvət və ona göstərilən isti münasibət üçün təşəkkür edib: