AZ

Prezidentin köməkçisi: “Fransa COP29-da konstruktiv dialoq aparmaq əvəzinə, küskün mövqe tutdu”

“Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutması anlaşılan deyil”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunarkən deyib.
 

Prezidentin köməkçisi qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər.


“Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr