AZ

Bakıda iqlim dəyişikliyi ilə mübarizəyə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi müzakirə olunub

Bakıda keçirilən COP29 çərçivəsində müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkil etdiyi, həmçinin BƏƏ Daxili İşlər Nazirliyinin həmsədri olduğu sessiyada ölkə rəsmiləri ekoloji cinayətlər üzrə aparılan tədbirlər barədə məlumat veriblər.

K.Əliyev və M.Babayev Azərbaycanda hüquq-mühafizə orqanlarının ekoloji cinayətlərə qarşı mübarizəsinə toxunublar.

Rusiyanın Baş prokuroru ölkəsinin ekoloji hadisələrlə bağlı gördüyü işlər barədə məlumat verib, hüquq-mühafizə orqanlarının birgə səylərinin vacibliyi bildirilib.

Braziliyanın Baş prokuroru Hindenburq Çatebriand bildirib ki, ölkəsi də iqlim dəyişikliyindən əziyyət çəkir, ətraf mühitin qorunması, bu məqsədlə təşəbbüslərin irəli sürülməsinə töhfə vermək üçün çağırış edib.

Keniyanın Baş prokuroru, Afrika Prokurorlar Assosiasiyasının Prezidenti Renson İnqonqa ölkəsində müşahidə edilən iqlim dəyişikliyi ilə bağlı problemlərə danışıb.

"Interpol"un rəhbər Əhməd Nasir əl-Rəisi ətraf-mühitin qorunması üçün qlobal tədbirləri gücləndirməyə, hüquq-mühafizə orqanlarının bu işdəki rolundan bəhs edib.

Avropa İttifaqının İnsan hüquqları və qanunun aliliyi üzrə direktoru Gianluka Esposito çıxışında ekoloji cinayətin bir ölkəyə deyil, bütün dünyaya təsir göstərdiyini deyib. Ona görə də qurumların əməkdaşlığı vacibdir.

Kamran Əliyev sonda bütün tədbir iştirakçılarına təşəkkür edib:

"Təşəbbüslərimiz daha da birləşməliyik. Cəmiyyətin qanunlarını da, təbiətin qanunlarını da pozmaq cinayətdir. Qlobal cameə olaraq, Bakıda toplanmağımız önəmlidir".


Seçilən
20
6
ekologiya.az

7Mənbələr