AZ

Borrel Aİ-ni İsraillə dialoqu dayandırmağa çağırdı

Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell Qəzzadakı humanitar böhranın daha da dərinləşməsi fonunda Aİ-yə üzv dövlətləri İsraillə siyasi dialoqu dayandırmağa çağırıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Borrell “Qəzzada pisləşən vəziyyəti təsvir etməyə sözlərin yetmədiyini" bildirib:

"Ordakı insanlar artıq hər şeydən bezib. Bölgədə insan həyatını təmin edəcək minimum şərait belə mövcud deyil. Şimali Qəzzadakı humanitar böhran kritik həddə çatıb. Bir vaxtlar bir milyondan çox insanın yaşadığı bu bölgə həftələrdir davam edən bombardmanlar nəticəsində tamamilə boşaldılıb. Qalan son sağlamlıq mərkəzləri, məktəblər və sığınacaqlar da məhv edilib".

Borrell vəziyyətin yalnız Qəzza ilə məhdudlaşmadığını vurğulayıb:

“Qəzza hazırda tamamilə bağlıdır, bir ildən artıqdır ki, beynəlxalq müşahidəçilər və jurnalistlər bölgəyə daxil ola bilmir. Bundan əlavə, jurnalistlərin hədəfə alındığına dair əsaslı şübhələr var. İndiyədək 130-dan çox jurnalist bu münaqişə nəticəsində həlak olub".

Borrell İsrailə indiyə qədərki yanaşmanın uğursuz olduğunu etiraf edib:

“İsrail hökumətinə qarşı sərgilədiyimiz mövqenin iflasa uğradığını qəbul etməliyik. Bu səbəbdən Aİ-yə üzv dövlətlərə İsraillə siyasi dialoqu dayandırmağı tövsiyə edəcəyəm".

Lalə, BakuPost
Seçilən
65
bakupost.az

1Mənbələr