AZ

Azərbaycan yığması ilk xalını qazandı -YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

Redaktor.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə  yekunlaşıb.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçında ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçında ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.

Redaktor.az xəbər verir ki, C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

Seçilən
5
15
redaktor.az

10Mənbələr