AZ

Avstraliyalı qonaq: Hökumətimizi yardım büdcəsini artırmağa və iqlim dəyişikliyi probleminə cavab verməyə çağırırıq

“Avstraliyada hökumətimiz aztəminatlı icmalara kömək etmək üçün müəyyən işlər görür, lakin daha çox şey etmək olar. Bəzi əyalət hökumətləri aztəminatlı ev təsərrüfatlarını enerji səmərəliliyinə və evlərində bərpaolunan enerjiyə keçməkdə dəstəkləyirlər ki, bu da qaz qiymətləri qalxdıqda onların enerji xərclərini aşağı saxlamaq üçün həqiqətən vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən avstraliyalı qonaq Cozi Li deyib.

O bildirib ki, hökumət Avstraliyadakı yerli, xüsusən də şəbəkədən kənarda bərpaolunan günəş sistemlərinə ehtiyacı olan uzaq icmalarla bərpaolunan enerji həllərinin bir hissəsi olmaq üçün müzakirələr etməyə başlayıb.

“Hazırda Avstraliyada bütün iqlim maliyyəsi yardım büdcəmizdən gəlir. İqlim dəyişikliyi probleminə cavab vermək üçün pul verilmir, ona görə də o, yardım büdcəsi daxilində hərəkət edir. Bu, həqiqətən də böyük problemdir. Çünki bizim yardım büdcəmiz son 10 ildə xeyli azalıb. Hökuməti bu vəziyyəti dəyişdirməyə, yardım büdcəmizi artırmağa, iqlim dəyişikliyi probleminə cavab verməyə çağırırıq. Bunun əsas yolunun qalıq yanacaq korporasiyalarına vergi tətbiq etmək olduğunu görürük. Avstraliya böyük qalıq yanacaq istehsalçısıdır. Biz ixrac edirik. Rusiyadan sonra dünyada ikinci ən böyük qalıq yanacaq ixracatçısıyıq”,- deyə o qeyd edib.

Seçilən
45
yeniazerbaycan.com

1Mənbələr