"Ermənidən daha artıq erməni olan" Amerikalı konqresmen Frank Pallone COP29 iqlim tədbirində iştirak etmək üçün Bakıya gəlib.
Xezerxeber.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizə qarşı düşmən mövqeyi ilə seçilən Pallone verilən suallara cavab verməyib.
Amerikada olarkən ökəmiz haqqında qəbuledilməz açıqlamalar verən bu konqresmen indi Bakıda idi...
Dediklərini burda da təkrarlaya bilərdi...və təbii ki, yerli jurnaslitlərin ondan soruşmaq istədiyi suallar çox idi...
"Erməni lobbisi sizə nə qədər pul ödəyib? ", "Nə üçün özünüzü erməni kimi aparırsınız?", "Nəyə görə separatçı rejimi dəstəkləyirdiniz ?" kimi sualların qarşısında dilini udan Palloneni heç bir cavab verməyib....
Daha bir sərt sual Pallonenin erməni terroruna açıq dəstək verməsi ilə bağlı olub. Jurnalistlər ABŞ Konqres üzvünü bu siyasətini əsaslandırmağa çağırıb. Onun bu sualı cavablandırmamaq üçün mövzunu dəyişməyə cəhd etdiyi müşahidə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.