AZ

Neft və Sənaye Universitetində COP29 çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş olub

Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib

ADNSU-nun rektor əvəz dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və yerli şirkət rəhbərləri ilə keçirilən görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrindən danışılıb. Görüşdə, həmçinin Azərbaycanla Çinin iqtisadi əlaqələrindən, istehsalat sahələrində azərbaycanlı mütəxəssislərin, o cümlədən ADNSU məzunlarının əldə etdiyi uğurlardan və perspektivlərdən bəhs olunub.

Nümayəndə heyətinə rəhbərlik edən Çinin Suçjou Bələdiyyə Komitəsinin Daimi Komitəsinin üzvü və Suçjou Bələdiyyə Hökumətinin vitse-meri Qu Haydun Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnun olduqlarını bildirib.

Seçilən
1
1
tehsil.biz

3Mənbələr