AZ

Ərdoğan G20-nin Liderlər Sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də G20-nin Liderlər Sammitində iştirak etmək məqsədilə Braziliyaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun məlumat yayıb:

“Prezident Ərdoğan Rio-de-Janeyroda keçiriləcək XIX G20 Liderlər Sammitinə qatılacaq. Ədalətli bir dünya və davamlı bir planet qurmaq” mövzusunda keçirilən Sammit çərçivəsində üç sessiyada müzakirələr aparılacaq”.

Qeyd edilib ki, Türkiyə Prezidentinin səfər çərçivəsində G20 liderləri, eləcə də digər iştirakçı dövlət və hökumət başçıları ilə görüşlər keçirməsi də planlaşdırılır.

Bizim.Media

Seçilən
0
40
bizim.media

10Mənbələr