ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin qısa danışıqlardan sonra Ukraynanın neytrallığı ilə bağlı razılığa gələ bilərlər.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti-yə Almaniya Bundestaqının deputatı və Avropa İttifaqı məsələləri üzrə komitənin üzvü Rayner Rotfus bildirib.
Rotfus əlavə edib ki, NATO-dan uzaqlaşaraq yeni təhlükəsizlik strukturu yaradıla bilər. Onun sözlərinə görə, bu struktura ABŞ-ın tərəfində qalacaq Avrasiya daxil ola bilər.
“Onda biz sülh şəraitində yaşaya bilərdik”, - deyə deputat vurğulayıb.
Rotfus qeyd edib ki, Tramp təkbaşına münaqişəni dayandıra bilməyəcək və bunun üçün bütün Qərb Ukraynaya silah tədarükünü dayandırmalıdır.
Müəllif: Pərvin Cəfərova