AZ

Netanyahunun iqamətgahının həyətinə iki raket düşdü

İsrail polisi və Ümumi təhlükəsizlik xidməti (ŞABAK) Baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahı istiqamətində iki işıqlandırma raketinin buraxılması ilə bağlı birgə bəyanatla çıxış ediblər.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

"Saat 19: 30-da Baş nazirin iqamətgahı istiqamətində iki işıqlandırma raketi atılıb. Onların hər ikisi iqamətgahın həyətinə düşüb. Təhlükəsizlik qüvvələri hadisə yerindədir. Hökumət başçısı və ailə üzvləri hadisə zamanı evdə olmayıblar. Polis və ŞABAK tərəfindən birgə istintaq başlayıb. Söhbət ciddi bir hadisədən gedir, günahkarların axtarışı üçün bütün tədbirlər görüləcək", - deyə məlumatdan sitat gətirilib.

Seçilən
50
38
senzor.az

10Mənbələr