AZ

Frank Peloni Bakıda belə qarşılandı

COP29-da iştirak üçün Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qaldığı otelin qarşısında bir qrup Azərbaycan QHT-ləri etiraz aksiyası keçirib.

Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb, ondan Azərbaycan xalqını təhqir etməsinə görə üzr istəməsi tələb olunub.

Şəhid və itkin düşənlərin ailələrini təmsil edən QHT təmsilçiləri bildirib ki, belə bir arzuolunmaz şəxsə Azərbaycanda yer olmamalıdır.

QHT nümayəndələri Pelonidən Azərbaycana qarşı iftiraları üçün erməni lobbi təşkilatlarından hər ay nə qədər maliyyə aldığını soruşublar. ABŞ konqresmeni suallara cavab vermədən ərazidən uzaqlaşmağı üstün tutub.

Qeyd edək ki, Frank Peloni COP29-da iştirak etmək üçün BMT-nin dəvəti ilə Bakıdadır. O, ABŞ-də erməni lobbisinin ən fəal nümayəndəsi kimi tanınır.



Seçilən
32
12
herbiand.az

10Mənbələr