AZ

Cəsədləri mumyalamanın sirri açıldı

Bir vaxtlar Qədim Misir və ya Cənubi Amerikaya xas olan balzamlama daha sonra Avropada geniş yayılmışdı.

Fransanın Castelnau-la-Chapelle şəhərindəki Miland qəsrində tapılan kriptlərin son araşdırması bu təcrübənin mövcudluğunu təsdiqləyir.

Tapıntılar göstərir ki, Avropa aristokratiyası 16-17-ci əsrlərdə balzamlama üsullarından istifadə edib. 

“Cebheinfo.az” xəbər verir ki, Avstriya Elmlər Akademiyasının (ÖAW) arxeoloqları erkən müasir Fransanın aristokrat Kaumont ailəsinə mənsub uşaqları və böyükləri balzamlama ilə bağlı ilk hadisəni müəyyən etmək üçün yeddi böyük, beş uşaq və mumiyalanmış qadının qalıqlarını araşdırıblar.

“Bütün bədəni və 2000-ə yaxın fraqmenti müayinə etməyimiz göstərir ki, mərhumun böyüklər və uşaqlar üçün eyni olan yüksək standartlaşdırılmış texniki işlənmə həyata keçirilib. Bu, iki əsrdən artıq müddətdə nəsildən-nəslə ötürülən nou-hau nümayiş etdirir”, - tədqiqatçılar bildirib.

“Nature” elmi jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, Misir mumyalanmasından fərqli olaraq, Avropada orta əsrlər və erkən müasir mumyalaşdırma uzunmüddətli qorunma deyil, parçalanmağı yavaşlatmaq məqsədi daşıyırdı. Məqsəd dəfn zamanı imtiyazlı şəxsin cəsədini nümayiş etdirmək olub. İnsan evdən uzaqda öləndə bu təcrübə daha da aktuallaşıb.

Seçilən
18
cebheinfo.az

1Mənbələr