AZ

Azərbaycanlı 2 milyonluq qızılla Rusiya aeroportunda TUTULDU

Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanında azərbaycanlı qaçaqmalçılığa görə saxlanılıb.

Redaktor.az lent.az-a istinadən bildirir ki, İstanbuldan özü ilə 2,6 milyon rubl (təxminən 44 min 200 manat) dəyərində qızıl-zinət əşyaları gətirib.

Onun üzərindəki qızılları metal detektor aşkar edib. Turist gömrükçülərə cibində yalnız siqaret və alışqan olduğunu deyib.

Onun üzərini axtarıblar və 93 ədəd qızıl-zinət əşyaları - üzüklər, sırğalar, kulonlar aşkar ediblər. Qızıllar sintetik brilyant əlavələrlə 585 karat qızıldan hazırlanıb. Bütün qızıllar gömrük əməkdaşları tərəfindən müsadirə olunub.

Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Turisti beş ilə qədər həbs və ya bir milyon rubla (təxminən 17 min manat) qədər cərimə gözləyir, deyə hava limanının gömrük xidməti məlumat yayıb.

Seçilən
11
25
redaktor.az

10Mənbələr