Aralıq dənizində baş verən 4 bal gücündə zəlzələdən dərhal sonra Kahramanmaraşda (Türkiyə) yeraltı təkanlar baş verib.
Oxu.Az “Türkiye Gazetesi”nə istinadən xəbər verir ki, ardıcıl iki zəlzələ ilə rayon əhalisi böyük təşviş yaşayıb.
Qeyd edək ki, Kahramanmaraş fevralın 6-da baş verən dəhşətli zəlzələlərin episentri olub.
Odur ki, bu dəfə də bəzi vətəndaşlar təşvişə düşərək özlərini küçələrə atıblar. Məlumata görə, bugünkü zəlzələlər nəticəsində dağıntı və tələfat olmayıb.