AZ

Orkun Kökçüdən ''Beşiktaş'' etirafı

“'Benfika''da ikinci mövsümünü keçirən Türkiyə yığmasının üzvü Orkun Kökçü ''TRT Spor'' kanalına maraqlı etiraf edib.

O, bir neçə il öncə ''Beşiktaş''a keçməyin biraddımlığında olduğunu vurğulayıb. Niderlandda doğulan və ''Feyenoord''un yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi bunları deyib:

''Feyenoord''un U-19 komandasında oynadığım dönəmdə ''Beşiktaş''a transferim gündəmə gəlmişdi. ''Feyenoord'' mənim əsas komandaya dəvət ediləcəyimə söz vermişdi. Amma əsas komandanın hazırlığı başladıqdan sonra bu sözün üstündə durmadılar. Çox əsəbləşmişdim. Atama zəng ''burdan ayrılmaq istəyirəm'' dedim. Atam o vaxt ''Beşiktaş''ın yönəticisi olan Ərdal Torunoğullarını yaxından tanıyırdı. ''Beşiktaş''a getmək üçün israr etdim. Çünki ''Feyenoord'' məni buraxmaq istəmirdi. Rəhbərliklə görüşdükdən sonra buraxmağa razılıq verdilər. Təzminatım 1 milyon dollar idi. Sonda ''Beşiktaş'' mənə görə bu pulu ödəmək istəmədi. 1 milyonu mənim üçün çox gördülər''.


ƏLİ
Seçilən
36
football-plus.az

1Mənbələr