ABŞ-ın müdafiə naziri Lloyd Ostin jurnalistlərin Avstraliya və ya Yaponiya ərazisində hipersəs silahlarının yerləşdirilməsinin hipotetik ehtimalı ilə bağlı sualını şərh etməkdən imtina edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə TASS yazıb.
Avstraliyanın Darvində keçirilən mətbuat konfransı zamanı Ostindən ABŞ-ın gələcəkdə Avstraliya və ya Yaponiyada hipersəs silahları yerləşdirməyi öhdəsinə götürə biləcəyi soruşulub. “Bu günə qədər hipersəs silahları ilə bağlı heç bir elanımız yoxdur” – Pentaqon rəhbəri deyib.
Bundan əlavə, o, ABŞ-ın AUKUS Amerika-Britaniya-Avstraliya alyansı çərçivəsində sövdələşmənin həyata keçirilməsi üçün əlindən gələni edəcəyinə aydınlıq gətirib. Beləliklə, Vaşinqton Kanberranı üç Virciniya sinfinə aid nüvə sualtı qayıqla təmin edəcəyinə söz verib.