AZ

SDU və Oksford Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib

Oksford Universitetinin (Saïd Business School) dəstəyi ilə Sumqayıt Dövlət Universitetində (SDU) "İqlimin İdarəolunması Məktəbi” təşkil olunub.

 

Universitetdən "Azərbaycan müəllimi”nə bildirilib ki, idarəetmə məktəbində ali təhsil müəssisələrinin və sənaye sektorunun davamlı inkişaf üzrə peşəkarları iştirak edib. 

 

İki gün davam edən idarəetmə məktəbində Oksford Universiteti (Saïd Business School), Burjeel Holdinq və "Earth Day Network” təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri istiqamətində təlimlər keçib.

 

İqlim dəyişikliyinə əsaslanan strateji fəaliyyət imkanları, biznes planların hazırlanması, yaşıl təşkilatlar, iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri və digər müvafiq mövzularda müzakirə və vorkşoplar həyata keçirilib. 

 

Məktəbdə iştirak edən ali təhsil müəssisələrinin və sənaye sektorunun peşəkarlarına Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian tərəfindən sertifikat təqdim olunub. 

 

Qeyd edək ki, məktəbin əsas məqsədi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının mövzusuna uyğun olaraq ekoloji problemlərin həlli üçün innovativliyi təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmaları formalaşdırmaqdır

SDU və Oksford Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib
SDU və Oksford Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib
SDU və Oksford Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib
SDU və Oksford Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib
SDU və Oksford Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib

 
Seçilən
31
50
sfera.az

10Mənbələr