AZ

Ermənistan Konstitusiyası regional sülhə təhlükə yaradır - İ.Əliyev

Bazar günü  ölkə başçısı İlham Əliyev ABŞ Konqresinin üzvü Avqust Pflugerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkə prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra və onun enerji sektorunun inkişafında ABŞ-ın dəstəyini xatırladıb.

O, həmçinin 1994-cü ildə “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə ABŞ-ın dəstəyini qeyd edib.

O, daha sonra Azərbaycanın yaşıl və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələrdən danışıb.

Regiondakı vəziyyətə toxunan Əliyev Ermənistanın həyata keçirdiyi silahlanma siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.

“Sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulması vacibdir”, - o qeyd edib.

Söhbət zamanı ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.

Seçilən
27
turan.az

1Mənbələr