AZ

Yaponiya ABŞ-nin hərbi təlimlərinə QOŞULACAQ

Yaponiya hərbçiləri Avstraliyanın şimalındakı Darvində Avstraliya və Amerika əsgərlərinin birgə müntəzəm təlimlərinə qoşulacaq.

 Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya müdafiə naziri Riçard Marlz Pentaqon rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Gen Nakatani ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün elan edirik ki, Yaponiyanın Sürətli Yerləşdirmə Amfibiya Briqadasının əsgərləri vaxtaşırı Avstraliyada yerləşdiriləcək”, – Marlz deyib.

O həmçinin qeyd edib ki, üç ölkənin hərbçilərinin daha intensiv təlimləri “birgə müdafiə üçün həqiqətən fantastik imkan” yaradır.

Ostin öz növbəsində bildirib ki, ABŞ AUKUS (Avstraliya, Britaniya və ABŞ) müdafiə tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan imkanları təmin edəcək: bu, Avstraliya üçün ABŞ-dən üç-beş “Virginia” sinifli sualtı qayığın alınmasını və yeni sinif sualtı qayıqların qayrılmasını nəzərdə tutur.

Darvində ildə altı ay ərzində 2 min ABŞ dəniz piyadası yerləşir.

Seçilən
3
9
redaktor.az

10Mənbələr