AZ

Yığmamız Polşada 7-ci OLDU

Polşada 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında komanda yarışları yekunlaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan yığması yarışı 7-ci pillədə başa vurub.

Cüdoçularımız ilk görüşdə tatami sahiblərinə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçilərimiz 1/4 finalda Almaniyaya 2:4 hesabı ilə uduzub. Yığmamız təsəlliverici görüşdə Rumıniya ilə bacarmayıb (2:4) və çempionatı 7-ci pillədə başa vurub.

Qeyd edək ki, yığmamız Avropa çempionatında şəxsi yarışlarda 5 medal qazanıb. Komandamızın heyətində Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətovlə (73 kq) Ömər Rəcəbli (81 kq) isə bürüncə yiyələnib.

Seçilən
42
unikal.az

1Mənbələr