AZ

"Kiçik ada dövlətlərinə kömək etmək üçün maliyyə mexanizmi yaratmalıyıq"- Tonqalı deputat

Image

Kiçik ada dövlətlərinə kömək etmək üçün maliyyə mexanizmi yaratmalıyıq.

Trend xəbər verir ki, bunu tonqalı deputat Paula Piveni Pikula COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşü çərçivəsində “İnsanların mobilliyinin və iqlim dəyişikliyinin idarə edilməsi: İqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

"Biz öz mənfəətləri üçün qalıq yanacaq istehsal edən ölkələrin yaratdığı hava fəlakətlərinin qurbanıyıq. İnanıram ki, onlar zəngindirlər, lakin bu hərəkətlərin dolayı nəticələri ada xalqlarına əziyyət verir. 206 adadan 166-sının payına ümumi karbon emissiyasının 10 faizindən azı düşür", - o bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə ən yüksək dəniz temperaturu müşahidə olunacaq.

"Siz dünyanızı qalıq yanacaqlar üzərində qurmusunuz və biz heç vaxt kompensasiya almamışıq. Dövlətlərimizə kömək etmək üçün qanunla deyil, könüllülük əsasında emissiyaların 80 faizini buraxan ölkələrlə koordinasiyanı nəzərə alan maliyyə mexanizmi yaratmağın vaxtı çatıb", - o bildirib.





Seçilən
16
3
baki-xeber.com

4Mənbələr