AZ

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdəolan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarəEdilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam HeydərMalikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan FövqəladəHallar Nazirliyinin (FHN) Akademiyasında olub.

Bu barədə Trend-əFHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərovun iştirak etdiyi tədbirdə,əvvəlcə FHN Akademiyasının həyətində Ümummilli Lider HeydərƏliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əzizxatirəsi ehtiramla yad edilib.

Sonra qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumatverilib. Bildirilib ki, akademiya FHN üçün xüsusi ixtisaslı alitəhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallarsahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki vətətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsilmüəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqətyetirildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrinmüvafiq təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyi qeydolunub.

Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzininfəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri vəkitabxanaya baş çəkiblər.

Daha sonra akademiyanın konfrans zalında Pakistanın FövqəladəHalların İdarə edilməsi üzrə Milli Qurumu tərəfindən qurumunfəaliyyətinə həsr olunmuş təqdimat edilib.

Sonra qonaqlar FHN-in İdman-sağlamlıq klubunda olublar.Bildirilib ki, klubun idman kompleksində nazirlik əməkdaşlarınınfiziki hazırlıqlarının yüksəldilməsi ilə yanaşı, onların respublikavə beynəlxalq yarışlarda iştirakı üçün hər cür şərait yaradılıb,kompleksdə hər il müxtəlif yarışlar keçirilir.

Pakistan İslam Respublikası Fövqəladə Halların İdarə Edilməsiüzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər MalikFHN-in Akademiyasının və İdman-sağlamlıq klubunun fəaliyyətiniyüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu deyib,qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsininəhəmiyyətini vurğulayıb.

Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Seçilən
12
17
az.trend.az

10Mənbələr