AZ

Usman Dembele karyerasına nə vaxt xitam verəcəyini açıqladı

PSJ-nin fransalı sağ cinah hücumçusu Usman Dembele gələcək planlarından söhbət açaraq, karyerasını bitirəcəyi dəqiq vaxtı açıqlayıb.

Arena.az “Marca” nəşrinin “The Bridge” dərgisinə istinadı əsasında, 27 yaşlı fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən karyeramı 34 yaşımda bitirmək istəyirəm. Sonra daşınmaz əmlakla məşğul olacağam. Afrika və Fransaya sərmayə qoymaq planlarım var”, deyə Dembele bildirib.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 55 oyun, 11 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 51 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
arena.az

1Mənbələr