AZ

Livanda BMT sülhməramlıları atəşə tutuldu

Livandakı bir qrup BMT sülhməramlısı Bedias kəndində patrul xidməti apararkən atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin regiondakı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Dünən günorta saatlarında Fransa və Finlandiya sülhməramlılarından ibarət BMT patrulu Bedias kəndində xidmət apararkən bir qrup şəxslə rastlaşıblar. Onlar sülhməramlıların dayan əmrinə tabe olmayıb” – məlumatda bildirilir.

Sülhməramlılara təxminən qırx atəş açıldığını deyib. Ehtimal edilir ki, hücum qeyri-dövlət birləşmələri tərəfindən həyata keçirilib.

Seçilən
1
15
korrespondent.az

10Mənbələr