AZ

Yer kürəsi yaşayış üçün nə vaxt yararsız hala gələcək..?

...Bristol Universitetinin alimləri müəyyən ediblər ki, 250 milyon ildən sonra yer kürəsinin bütün qitələri vahid superqitədə birləşəcək, onun səthinin yalnız 8-16 faizi məməlilərin mövcudluğu üçün əlverişli olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri Nature Geoscience jurnalında dərc olunub.

Alimlərin fikrincə, 250 milyon ildən sonra bütün qitələr Pangea Ultima adlanacaq vahid superkontinentdə birləşəcək. Planetin iqlimi əhəmiyyətli dəyişikliklərə məruz qalacaq. Qitələrin bu cür birləşməsi məməlilərin, o cümlədən insanların mövcudluğu üçün son dərəcə çətin şərait yaradacaq.

...Pangea Ultima-nın əsas hissəsi 40-50 dərəcə Selsi diapazonunda, bəzi ərazilərdə isə 70 dərəcəyə çatan temperaturla xarakterizə olunacaq.

Bu, ona görə baş verəcək ki, qitələr okeanlardan uzaqda cəmləşəcək. Bundan əlavə, günəş aktivliyi 2,5 faiz artacaq ki, bu da "istiliyi" artıracaq.

Vulkanik fəaliyyət də artacaq, bu da atmosferdə karbon qazının daha yüksək səviyyələrinə gətirib çıxaracaq.

Yer səthinin yalnız 8-16 faizi məməlilərin həyatı üçün uyğun olacaq və bu ərazilər əsasən sahilboyu və qütblü olacaq. Daxili bölgələrdə həddindən artıq temperaturlu quru və cansız səhralar əmələ gəlir.

Tədqiqatçılar hesab edirlər ki, bəşəriyyət yeni şəraitə uyğunlaşmaq və ya planetimizdən kənarda yeni yaşayış yerləri axtarmaq zərurəti ilə üzləşəcək.

Əli Babayev

Seçilən
31
2
sia.az

4Mənbələr