AZ

Ankarada silahlı münaqişəyə qarışan fenomen həbs olunub

Dünən axşam saatlarında Ankaranın (Türkiyə) Sincan rayonunda sosial media fenomenləri arasında silahlı münaqişə baş verib.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Ankara Qərb Respublika Baş Prokurorluğunun məlumatına görə, baş verən hadisəyə görə 1 nəfər “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə həbs olunub, 2 şübhəli barəsində isə “ev dustaqlığı” qərarı çıxarılıb

Ç.Y., C.Ş. və M.H. arasında baş verən atışma ilə bağlı Baş Prokurorluq tərəfindən istintaq başladılıb.

Qeyd edilib ki, istintaq mərhələsində ictimai asayişin qorunması və cinayətlərin qarşısının alınması məqsədi ilə sözügedən hadisənin görüntülərinin “TikTok” sosial şəbəkəsində yayımına məhkəmənin qərarı ilə qadağa qoyulub.

Hadisə ilə bağlı istintaqın Baş Prokurorluq tərəfindən ciddi şəkildə aparıldığı vurğulanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr