AZ

Kredit məhsullarının inkişafına dəstək bölməsinin eksperti - VAKANSİYA

"Bank of Baku" şirkəti, PL/SQL developer/ Kredit məhsullarının inkişafına dəstək bölməsinin eksperti vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramlar işləyib hazırlayır. Bütün mərhələlər üzrə məsələnin həlli texnilogiyasını işləyib hazırlayır;
  • Məsələnini həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini həyata keçirir. Proqramların sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir;
  • Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir;
  • Məlumatların daxil edilməsi, emalı, saxlanması və çıxışa verilməsi maket və sxemlərini, həmçinin məlumatın nəzarəti üsullarını müəyyən edir;
  • Proqram üzrə işləmək üçün təlimat hazırlayır, lazımi texniki və isitsmar sənədləşməsini hazırlayır;
  • İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir;
  • Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və satndart proqram vasitələrini işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və tipizasiyası üzrə işləri həyata keçirir;
  • Proqram arxitekturasını işləyib hazırlayır.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Oracle SQL;
  • PL SQL.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
 

Zemfira Ms
Fins.az

Seçilən
103
41
fins.az

10Mənbələr